Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub.Milli.Az bildirir ki, Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, komandamız yarışda 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.60 kq cəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazibəyov finalda Türkiyə boksçusu Tuğrulhan Erdəmiri məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhəmməd Abdullayev də (+80) Avropa birinciliyinin qızıl medalına sahib olub. Hemyerlimiz finalda ukraynalı Aleksandr Xristevi üstələyib - 2:1.Cavid Hüseynov (48 kq) finalda Artyom Demyanenkoya (Ukrayna) uduzaraq 2-ci yeri tutub.Niyaməddin Allahverdiyev də finalda məğlub olub. Boksçumuz İngiltərə təmsilçisi Carlz Frankhamla bacarmayıb - 0:3.Orxan Həsənov (54 kq) və Şaiq Məlikov (70 kq) 3-cü yerlə kifayətləniblər.Azərbaycan Ukraynadan sonra komanda hesabında 2-ci yeri tutub.
Mənbə: Milli.Az