Bakı şəhər İcra Hakimiyyəti icazə verdi
Milli Şurasının Bakı şəhər İcra Hakimiyyətinə mitinqlə bağlı etdiyi müraciət cavablandırılıb. İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, müraciətə müsbət cavab verilib. Müraciətdə bildirilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına əməl olunmaqla, 30 may 2015-ci il tarixdə, saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verilib.Müraciətə verilən cavabda mitinq iştirakçılarına xəbərdarlıq edilib: "Xəbərdarlıqda bildirilib ki,“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət edilsin".Qeyd edək ki, Bakı meriyasından onu da bildiriblər ki, planlaşdırılan mitinqlər şənbə və bazar gününə təyin olunması daha məqsədəuyğundur.
Mənbə: ANS PRESS
25 may 2015
GO BACK