Kənd sakinləri bildiriblər ki, yanğın zamanı təmas xəttində çoxsaylı partlayış səsləri eşidilib. Yangının səbəb olduğu tüstü dümanı tək buradan deyil, eyni zamanda qonşu – Bərdə, Ağdam rayonlarını Tərtərlə həmsərhəd kəndlərindən də müşaiyyət etmək mümkün olub.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tərtər yanğından mühafizə idarəsinin yanğınsöndürən briqadaları da kənddədirlər.
Yanğınsöndürənlər yanğının kəndin ərazisinə keçməməsi üçün bütün lazımi tədbirlər görürlər. Hələlik yanğın Tərtərin işğal altında olan Seyid Sulan kəndi ərazisindədir.
Mənbə: ANS PRESS