Qadin.NET / Bu yay şagirdlər üçün böyük surpriz hazırlanır

Bu yay şagirdlər üçün böyük surpriz hazırlanır

 

 

Azərbaycanda məktəblilərin yay tətili müddətində asudə vaxtlarının təşkili üçün Təhsil Nazirliyi tərəfindən yay məktəbləri təşkil olunacaq. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun ANS PRESS-in sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, məktəblilərin yay tətili müddətində asudə vaxtlarının təşkili ümumilikdə tədris prosesinin tərkib hissəsidir.
“Bu məqsədlə ayrı-ayrı ümumtəhsil məktəblərində müxtəlif layihələr çərçivəsində tətil müddərində yay məktəbləri təşkil olunacaq. Yay məktəbləri dövründə şagirdlər müxtəlif ekskursiyalara aparılacaq. Eləcə də “Ölkəmizi tanıyaq” adı altında gerçəkləşdirilən info-turlar təşkil olunacaq”, - deyə Cəsarət Valehov bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində nəzərdə tutulduğu kimi, məktəbllilərin asudə vaxtlarının daha səmərəli və rəngarəng təşkili üçün əlavə yeni layihələr hazırlanır. Bunun üçün bir çox ölkələrin təcrübələri öyrənilir və işçi səviyyədə müzakirə olunur.
“Şagirdlərin yay tətillərini səmərəli keçirtmələri üçün böyük surprizlər hazırlanır”, - deyə Cəsarət Valehov bildirib.

 

Mənbə: ANS PRESS

25 may 2015
GO BACK