Qadin.NET / Bakının nəhəng prospekti dəyişdirilir

Bakının nəhəng prospekti dəyişdirilir

 

Bakının nəhəng prospekti dəyişdirilir

Bakının Ziya Bünyadov prospektilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində yenidənqurma işləri aparılır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ANS PRESS-ə verilən məlumta görə, burada əsaslı təmir işləri kommunikasiya xətlərinin çəkilişilə məşğul olan qurumlarla birgə görülür.
Qeyd edək ki, təmir olunan küçənin ümumi uzunluğu 2200 metr, hərəkət hissəsinin eni isə 20 metrdir. Küçə boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb. Yeni yol yatağı salınır. Müəyyən hissələrdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri də həyata keçirilib. Artıq küçə frezlənib və yeni asfalt-beton örtüyünün vurulması üçün hazır vəziyyətə gətirilib. Ümumilikdə burda 45 min kvadrat metr sahəyə asfalt vurulacaq. Səkilərdə və ayrıcı zolaqda abadlıq və yaşıllaşdırma işləri həyata keçiriləcək.
Artıq küçə boyu 8200 paqon-metr yeni səki daşı düzülüb. Zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalızasıya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.
Ərazidə kommunikasiya, xüsusən də su, qaz, işıq və rabitə xətlərinin çəkilişi ilə məşğul olan qurumlar da qazıntı işləri apararaq, yeni xətlərin çəkilişi işlərini həyata keçirirlər. Təbii ki, iki böyük prospekti birləşdirən Ələsgər Qayıbov küçəsində kompleks halında görülən bu işlər gələcəkdə yolun hərəkət hissəsinin sıradan çıxmasını sığortalamış olacaq.
Qeyd edək ki, yenidənqurma işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edib. Təmir-tikinti işləri bitəndən sonra küçə tam yeni görkəm alacaq.
Mənbə: ANS PRESS

 

25 may 2015
GO BACK