Qadin.NET / Riqada Serjə niyə zurna verdilər?

Riqada Serjə niyə zurna verdilər?

Riqada Serjə niyə zurna verdilər?
Xarici KİV-lər Riqa sammitindən yazmağa davam edirlər. Qeyd edirlər ki, Avropa Birliyi (AB) altı keçmiş sovet respublikası ilə əlaqələrin möhkəmləndirilməsi üzrə öz qərarını dəyişib. Tanınmış “Reuters” agentliyi qeyd edir ki, AB və onun şərq tərəfdaşları bir gözləri ilə Rusiyaya baxaraq sülh və təhlükəsizlik naminə fikir ayrılıqlarını ört-basdır etdilər. Agentliyinin sözlərinə görə, AB-nin iri dövlətləri iki məsələdən - Vladimir Putini əsəbiləşdirməkdən və Avropanı yoxsul, qeyri-sabit ölkələrlə problemə soxmaqdan ehtiyat edilər. Ukrayna, Moldava və Gürcüstan Riqa sammitindən çox şey gözləyirlər, amma yalnız Ukraynaya maliyyə yardımı edildi. Ermənistanın ümidləri də sabun köpüyü kimi partladı. Serj Sarkisyan Riqaya ümidlə getmişdi ki, AB onun ölkəsinə hər şeydən öncə maliyyə yardımı edəcək. Erməni dövlətinin başçısı yüksək tribunadan yoxsul Ermənistanın taleyindən gileylənib, ölkənin bu yaxınlarda uydurma soyqırımın yüzilliyini qeyd etdiyini də xatırladıb. 
Amma bu da kömək eləməyib. Evə boş əllə gəlməli olub. Doğrudur, artıq bu gün Ermənistan rəhbərliyi bildirir ki, tezliklə AB ilə hansısa danışıqlar nəzərdə tutulur. O cümlədən, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan qeyd edib ki, iqtisadi sənədlərlə yanaşı Ermənistan üçün vizasız rejim məsələsi müzakirə edilib. 
Ekspertlər bu məsələyə ciddi şübhə edirlər. Qeyd edirlər ki, bu cür çıxışlar hər şeydən öncə erməni ictimaiyyətini sakitləşdirmək məqsədi güdür. Erməni ictimaiyyəti Riqa sammitinin nəticələrindən çox məyus olub. Halbuki, onlar ümid edirdilər ki, AB ilə yeni sazişlər bağlansaydı, onların gündəlik həyatı xeyli yaxşılaşardı. 

Mənbə: ANS PRESS

25 may 2015
GO BACK