Fransada Amerika Birləşmiş Ştatlarına məxsus “Monsanto” şirkətinə qarşı etiraz aksiyası baş tutub.
ANS PRESS-in məlumatına görə, Monsanto şirkəti genetikası dəyişdirilmiş meyvə-tərəvəz istehsalı ilə məşğuldur və dünyaya əksər ölkələrinə öz məhsullarını ixrac edir.
Ölkənin paytaxtı Parislə yanaşı bir neçə şəhərdə keçirilən aksiyaya minlərlə insan qatılıb.
Fəallar beynəlxalq ictimaiyyəti genetikası dəyişdirilmiş məhsulların insan sağlamlığa qarşı vurduğu ziyanına diqqətini cəlb etməyə çaılışıblar.
Etirazçılardan biri Sofi Malaponti deyir ki, indi sağlam mühitə yaşamaq olduqca çətin və mürəkkəbdir. İstehlakçılar yerli orqanik məhsullar istəyirlər. Məsələnin müsbət həlli yolu insanaların bu ehtiyacını təmin etməkdir.
Monsanto şirkəti 2009-cu ildə Forbes jurnalı tərəfindən ilin şirkəti elan edilmişdi.
Mənbə: ANS PRESS