Qadin.NET / Ronaldodan yeni rekord

Ronaldodan yeni rekord

 

Ronaldodan yeni rekord


Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Madridin “Real” komandasının “Xatafe” ilə oyununda 3 qol vuraraq sezon ərzində rekord 48 qola nail oldu.

 

ANS PRESS-in məlumatına görə, 2011/2012 sezonunda Kriştianu Ronaldu 38 oyunda 46 top vurmuşdu. Bu barədə İnterfaks xəbər verir. 
Bundan əlavə, Kriştiano Ronaldo əvvəlki rekordlarını da üstələyib. Bu sezon üçün indi onun hesabında 61 qol var. 2011/2012-ci li sezonunda isə qolları 60-a bərabər idi.
Qeyd edək ki, İspaniya çempionatının son turunda “Real” öz meydanında “Xetafe”ni 7:3 hesabı ilə məğlub edib. Ronaldo bu oyunda 13-cü dəqiqədən 34-cü dəqiqəyədək 3 qol vurub. Onlardan birini penalti zərbəsindən vurub.

Mənbə: ANS PRESS

24 may 2015
GO BACK