Qadin.NET / Tarixdə bu gün nə ilə yadda qalıb?

Tarixdə bu gün nə ilə yadda qalıb?

 

Tarixdə bu gün nə ilə yadda qalıb?

Miladi: 24 may 2015
Hicri: 5 Şaban 1436
İlin 144-ci günü
İlin sonuna 221 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 04.54
Günəş - 06.19
Zöhr - 13.41
Əsr - 18.16
Məğrib – 21.12
İşa – 22.51
1388 - Qara Məhəmmədin başçılıq etdiyi Qaraqoyunlu tayfasının qoşunları Teymurun müttəfiqi olan Cəlairi əmirlərinin müqavimətini qıraraq Təbrizə daxil olublar. Bu, Qaraqoyunlu qüvvələrinin Teymurun hökmranlığına qarşı ilk uğurlu döyüşü idi. 1408-ci ildə Teymurilər Azərbaycandan qovuldu, 1410-cu ildə isə Azərbaycanın böyük dövlətlərindən olan Qaraqoyunlu dövlətinin yarandığı elan edildi. Şirvan istisna olmaqla bütün Azərbaycan, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraq bu dövlətin tərkibinə daxil idi. 
1543-cü ildə polşalı alim Nikolay Kopernik vəfat edib
1920 - Azərbaycan Müvəqqəti İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verib. Əslində isə neft Rusiyanın nəzarətinə verilmişdi. Bu məqsədlə Azərbaycan Neft Komitəsi yaradılmış və komitəyə rəhbərlik V.Lenin tərəfindən Bakıya göndərilən A.Serebrovskiyə tapşırılmışdı. Neft sənayesinin ardınca Xəzər ticarət donanması, ölkədə fəaliyyət göstərən banklar milliləşdirildi.
1925-ci ildə azərbaycanlı kardioloq, ictimai xadim Cavad Heyət Təbrizdə anadan olub
1946-cı ildə Türkiyənin sabiq baş naziri Tansu Çiller dünyaya gəlib
1948-ci ildə Azərbaycanın xalq artisti Fuad Poladov anadan olub
1956-cı ildə İsveçrənin Luqano şəhərində ilk dəfə “Eurovision” mahnı müsabiqəsi keçirilib. 7 ölkənin iştirak etdiyi yarışın qalibi İsveçrə özü olub. 
1967-ci ildə yazıçı, Azərbaycan Kommunist partiyası Mərkəzi komitəsinin baş katibi Şıxəli Qurbanov vəfat edib
1967-ci ildə Azərbaycan əslli türkiyəli aktyor Tamer Karadağlı (Haluk) anadan olub
1989-cu ildə türklərin Bolqarıstandan Türkiyəyə kütləvi deportasiyası başladı 
1992-ci ildə Azərbaycan Respublikası Vatikanla diplomatik əlaqələr qurub
1994-cü ildə Bakıda birinci Beynəlxalq “Xəzərneftqaz” sərgi konfransı açılıb
2004-cü ildə Şimali Koreyada mobil telefonları istifadəsinə məhdudiyyət qoyuldu

 

Mənbə: ANS PRESS

24 may 2015
GO BACK