Qadin.NET / Bu da “Eurovision 2015”in qalibi

Bu da “Eurovision 2015”in qalibi

Bu da “Eurovision 2015”in qalibi
Avstriyanın paytaxtı Vyanada “Eurovision 2015” mahnı müsabiqəsinin final mərhələsi baş tutub.
ANS PRESS-in məlumatına görə, “Viener Şdathal” arenasında təşkil olunan mahnı müsabiqədə açılış performansından sonra səhnəyə ilk olaraq Sloveniya təmsilçisi çıxıb.
Onun ardınca isə Fransa, İsrail, Estoniya, Böyük Britaniya, Ermənistan, Litva, Serbiya, Norveç, İsveç, Kipr, Avstraliya, Belçika, Avstriya, Yunanıstan, Monteneqro, Almaniya, Polşa, Latviya, Rumıniya, İspaniya, Macarıstan, Gürcüstan, Azərbaycan, Rusiya, Albaniya və İtaliyanın yarışmadakı təmsilçiləri performanslarını təqdim ediblər.
Səsvermə üçün ayrılmış vaxtda müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş etdirilib. 
60-cı dəfə təşkil olunan yarışmanın sonunda sms-səsvermə və proffesional juri seçimi nəticəsində "Eurovision 2015"in qalibi 365 xal toplayan İsveçin iştirakçısı Mons Zelmerlev oldu. Təmsilçimiz Elnur Hüseynov müsabiqəni 49 xalla 12-ci pillədə başa vurdu.
İkinci pillənin sahibi 303 xalla Rusiya təmsilçisi Polina Qaqarina, üçüncü pillənin sahibi isə 292 xalla İtaliya təmsilçisi oldu. 
Azərbaycan 8 xalını İtaliyaya, 10 xalını Gürcüstana, 12 xalını isə Rusiyaya verib. 
Azərbaycana səs verən ölkələr arasında bunlar olub:
Çexiya – 12 xal
Gürcüstan - 10 xal 
Monteneqro, Malta – 8 xal 
Rumıniya, Rusiya - 3 xal 
Litva – 2 xal
Xatırladaq ki, Azərbaycan bu müsabiqədə 2008-ci ildən iştirak edir və 2011-ci ildə “Ell and Nikki” duetin “Running Scared” mahnısı ilə müsabiqənin qalibi olub.

Mənbə: ANS PRESS

24 may 2015
GO BACK