Qadin.NET / Messinin oyununu canlı izləmək istəyən azərbaycanlıların nəzərinə

Messinin oyununu canlı izləmək istəyən azərbaycanlıların nəzərinə

 

 

“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Barselona-Bakı marşrutu üzrə ilk birbaşa aviareys həyata keçirib.
Mayın 23-də Bakıdan Barselonaya uçan “Airbus-319” təyyarəsi “De Logregat” Beynəlxalq aeroportunda eniş edib. Saat 07.00-da havaya qalxan təyyarə Bakı vaxt ilə 12.10-da uçuş məntəqəsinə çatıb. İlk reyslə 88 sərnişin uçub.
Bu reysin açılması sərnişinlərin ürəyincə olub. “Ailəmlə uçuram, İspaniyaya birbaşa reysin açılmasına çox məmnun oldum. Əvvəl tranzitlə uçmağa məcbur olurduq. İndi vaxt itirmədən birbaşa Barselonaya uça bilik. AZAL-ın xidmətlərindən razıyam”, - deyə sərnişin Fariz Əliyev bildirib.
əyyarə Barselonada endikdən sonra hava limanında ilk reysin sərnişinləri üçün təqdimat keçirilib. Mərasimdə həmçinin Barselonadan Bakıya uçan sərnişinlər yola salınıb.
“Bu reys Azərbaycanın Avropaya açılan daha bir yeni qapısıdır”, - deyə AZAL-ın Keyfiyyət İdarəsinin rəisi Pərvin Qurbanov bildirib: “Bakıdan Barselonaya ilk uçuş yüksək səviyyədə həyata keçirildi. Bu reys mövsümidir, yaxın vaxtlarda Bakıdan digər istiqamətlərdə də reyslərin açılması gözlənilir”.
İspaniyanın “Gerona” turzim şirkətinin marketinq üzrə direktoru Jaume Main də Bakı-Barselona-Bakı reysinin açılmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu, Azərbaycan və İspaniya arasında qarşılıqlı turizmin inkişafına töhfə verəcək. “Birbaşa aviareysin olması azərbaycanlı turistlərin İspaniyaya, ispaniyalı səyahətçilərin isə Azərbaycana rahat gedib-gəlməsinə şərait yaradacaq. Bakı qədim tarixi olan, çox təmiz, qonaqpərvər şəhərdir. İnanıram ki, Bakıya bir dəfə səyahət edən ispaniyalı turistlər bu reys sayəsində ölkənizə tez-tez gələcəklər”, - deyə o qeyd edib.
Bakı-Barselona-Bakı marşrutu üzrə uçuşlar hələlik həftədə bir dəfə, şənbə günləri həyata keçirilir. Bu reyslə uçmaq istəyənlərin sayında artım olduğu təqdirdə reyslərin sayının da çoxaldılması nəzərdə tutulub.

 

Mənbə: ANS PRESS

24 may 2015
GO BACK