Qadin.NET / "Son zəng"in vaxtı məlum oldu

"Son zəng"in vaxtı məlum oldu

 

 

Bu il Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi ilə bağlı təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib.APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, tədris həftəsi 5 günlük olan məktəblərdə "Son zəng" mayın 29-da, 6 günlük iş həftəsi ilə çalışan məktəblərdə isə mayın 30-da təşkil olunacaq.Onun sözlərinə görə, məktəblərə tövsiyə olunub ki, həmin tədbirlər məktəb ərazisində keçirilsin.

Mənbə: Milli.Az

23 may 2015
GO BACK