Qadin.NET / Gürcüstan Azərbaycana başsağlığı verdi

Gürcüstan Azərbaycana başsağlığı verdi

 

 

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
ANS PRESS-in məlumatına görə, məktubda deyilir:
"Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində çoxsaylı insanın, o cümlədən uşaqların tələf olması və onlarla adamın xəsarət alması barədə xəbər məni dərindən sarsıtdı.
Kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu qəmli günlərdə yanınızda olduğumu bildirirəm", - deyə Gürcüstan baş naziri vurğulayıb.
Qeyd edək ki, Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli binada yanğın baş verib. Hadisə nəticəsində 15 nəfər ölüb 50-dən çox şəxs xəsarət alıb.

 

Mənbə: ANS PRESS

23 may 2015
GO BACK