Qadin.NET / Qarabağ həllini tapacaq

Qarabağ həllini tapacaq

 

"Ermənistanın indiki rəhbərliyinin uzaqgörən olmayan siyasəti nəticəsində ölkə Cənubi Qafqazda həyata keçirilən bütün ciddi layihələrdən kənarda qalıb. Münaqişə yaxın gələcəkdə öz həllini tapacaq".
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Baş Assambleyası və Direktorlar Şurasının iclasında deyib. 
O bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi gec-tez nizamlanacaq. XİN rəhbəri əlavə edib ki, münaqişə hər şeyə rəğmən həll ediləcək:
"Bütün ölkələr BMT-nin tərkibinə daxil olarkən təşkilatın qətnamələrinə əməl edəcəklərinə dair öhdəliklər götürürlər. Lakin Ermənistan rəhbərliyində sağlam düşüncəli insanlar olacaq və onlar başa düşəcəklər ki, qonşularla yaxşı münasibətlər ölkənin uğurunun təminatıdır", - deyə nazir vurğulayıb.
Mənbə: ANS PRESS

 

23 may 2015
GO BACK