Qadin.NET / Ağ evdən 6 ölkəyə dəstək

Ağ evdən 6 ölkəyə dəstək

 

 

"ABŞ tərəfindən Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələrində demokratiyanın inkişafı üzrə təşəbbüslərə dəstək xüsusilə əhəmiyyətlidir. Çünki Rusiyanın bütün regiona təzyiqi və yalan məlumat yaymaq işləri güclənir".
ANS PRESS-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Xarf bildirib.
O deyib ki, Rusiya Şərq Tərəfdaşlığı ölkələrinə təzyiqi göstərir. ABŞ-ın bu ölkələrə demokratiyanın inkişafı, dövlət idarəçiliyi, enerji təhlükəsizliyi, korrupsiya ilə mübarizə, iqtisadi və sosial inkişaf üzrə yeni təşəbbüsləri xüsusilə əhəmiyyətlidir. 
Onun sözlərinə görə, Dövlət Departamenti “Şərq Tərəfdaşlığı” proqramına daxil olan 6 ölkəsi - Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, və Belarus ilə əməkdaşlığın möhkəmləndirilməsinə qətiyyətli dəstəyini bundan sonra da göstərəcək.

 

Mənbə: ANS PRESS

23 may 2015
GO BACK