Qadin.NET / Bakıda daha bir dünyamiqyaslı yarış

Bakıda daha bir dünyamiqyaslı yarış

Bakıda daha bir dünyamiqyaslı yarış
Bakı 2016-cı ildə "Formula 1" yarışını qəbul edəcək.
ANS PRESS-in məlumatına görə, "motrsport" saytı xəbər verir ki yarışın təşkilatçıları hazırlıqların plana uyğun getdiyini deyirlər.
Azərbaycanın paytaxtının mərkəzi trasında keçirlən yarışma F1-in ən böyük mükafatını irəli sürdüyündən burdakı etap Avropa qran prisi adını qazanıb. 6 kilometrlik dövrə isə bironun arxitektoru Qerman Tilke tərəfindən layihələşdirilib. F1 maşınlarının ortalama sürəti saatda 208 kilometr olan trasın son variantı bir müddət sonra FİA-ya təqdim olunacaq.
Qran Prinin icraçı direktoru Arif Rəhimov Autosport-a müsahibəsində bildirib ki,“Tikililər, tribunalar və digər hər bir şey müvəqqəti qurulacaq. Bizim planımız var və inanırıq ki, vaxtında hər şeyi çatdıracayıq. Trasın bir hissəsi hökümət evinin qabağından keçəcək, digəri isə tarixi binları ilə zəngin İçəri şəhər ətrafından”.
O əlavə edib ki, “Birinci kateqoriyanın lisenziyasını almaq üçün, biz bəzi döngələrin görünüşünü dəyişməli olduq. Biz indi hər şeyi yenidən yoxlayırıq və tez bir zamanda yoxlanılması üçün FİA-ya göndərəcəyik”.
“Tribunalar gəldikdə isə bizim trasımızın az olduğundan 19 500 nəfərlik oturacaq düşünürük. Lakin bundan əlavə bizim 2 kilometr piyada yolu boyu uzanan ümumi zonamız olacaq. Biz çalışacayıq ki, orada mümkün qədər daha çox insan yerləşdirək”- deyə Arif Rəhimov bildirib.

Mənbə: ANS PRESS

23 may 2015
GO BACK