Qadin.NET / Qovaq ağacları allergiyası olanlar üçün təhlükəlidir

Qovaq ağacları allergiyası olanlar üçün təhlükəlidir

Qovaq ağacları allergiyası olanlar üçün təhlükəlidir
Allergiyaya meylli insanlar ehtiyatlı olsun deyə həkimlər məsləhət görür. İlin-günün bu vaxtında paytaxtın bəzi ərazilərini ağ örtüyə bürünən görmək olar. Söhbət qovaq ağaclarının tozlarindan gedir. Paytaxtın bir sıra parklarında uçuşan bu tozları çoxlarınız görmüsünüz. Hətta bu bəzi insanların səhhətində narahatlığa da səbəb olur. 
Əvvala deyək ki, bunlar qovaq ağaclarının tozcuqlarıdır. Qovaq may ayında da çiçək açdığından toz dənəciklərilə az qala şəhərin çox hissəsini ağ örpəyə bürüyür. Bu da təsadüfi deyil. Çünki paytaxtın yaşıllığının 30 faizə qədərinin qovaq ağacları təşkil edir. Uçuşan bu tozcuqlar ağacın tozlanmasına səbəb olduğu kimi allergiyaya meyilli insanlarda da narahatlı yaradır.
“Burunun sulanması, qripə bənzər əlamət, hədən artıq asqırma, burunun selikli qişasının şişməsilə müşayət olunan xəstəlik çox geniş yayılıb. Xəstəlik xüsusilə yaz fəslində qovaq ağaçının, müxtəlif iylərin burunun selikli qişasına təsirilə bağlıdır”, - deyə həkim Adil Qeybulla bildirib.
Amma bu fəsadlardan qorunmaq da mümkündür. Həkimlərin məsləhətinə görə ilk olaraq allergiyaya meyilli insanlar həmin ərazilərdən keçərkən burun vasitəsilə nəfəs almalıdırlar.
“Bu cür xəstələr yaz fəsli qabağı müxtəlif preparat almalıdırlar. Eləcə də həkimdən məsləhət almalıdırlar. Anti-allergik müalicə almalıdırlar. Belə olanda xəstəlik dahan asan keçir. Bunu isə tam aradan qaldırılması mümükün deyil”, – deyə Adil Qeybulla qeyd edib.
Qovaq ağaclarından vaxtilə paytaxtda yaşıllıqların salınmasında geniş istifadə olunsa da, hazırda onun kök sisteminin zəif olmsı nəzərə alınaraq bu ağaclar digər növ bitkilərlə əvəzlənir. 

Mənbə: ANS PRESS

23 may 2015
GO BACK