Mayın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-16° isti, gündüz 21-26° isti olacağı gözlənilir. Mayın 23-dən 25-dək Abşeron yarımadasında əsasən sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 10-14° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az