Qadin.NET / Prezident protokolu təsdiq etdi

Prezident protokolu təsdiq etdi

 

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2015-ci il martın 4-də Sofiya şəhərində imzalanmış Protokolun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Mədəniyyət və Turizm Nazirliyinə bu sərəncamda göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Hökumətinə bildiriş göndərmək tapşırılıb.

 

Mənbə: ANS PRESS

23 may 2015
GO BACK