Qadin.NET / Azərbaycanda təhlükəli sürüşmə

Azərbaycanda təhlükəli sürüşmə

 

Azərbaycanda təhlükəli sürüşmə baş verib.
İsmayıllı rayonunun Xan kəndi sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, kəndin Fit dağı hissəsində torpaq sürüşməsi baş verib.
Sürüşmə nəticəsində 2 ev tamamilə məhv olub. Xoşbəxtlikdən ev dağılarkən heç kim xəsarət almayıb.
Sözügedən sürüşmə zonasında 14 ev təhlükə qarşısındadır. Kənd isə 80-90 evdən ibarətdir. Kənd sakinləri bildirir ki, torpaq sürüşməsi nəticəsində digər evlərdə böyük çatlar əmələ gəlib.
Sakinlər kənddə baş verən torpaq sürüşməsinin qarşısını almaq və qabaqlayıcı tədbirlər həyata keçirilirməsi üçün müvafiq orqanlardan kömək istəyir.

 

Mənbə: ANS PRESS
23 may 2015
GO BACK