Qadin.NET / "Milli Atlas" qeydə alındı

"Milli Atlas" qeydə alındı

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının hazırladığı və elmi-məlumatlı kartoqrafik əsərlərdən ibarət toplu olan “Azərbaycan Respublikası Milli Atlas”ı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınıb və müvafiq Şəhadətnamə təqdim olunub.
ANS PRESS-in məlumatına görə, coğrafiya və kartoqrafiyanın nailiyyətlərini özündə cəmləşdirən, həmçinin ən yüksək səviyyədə tamamlanmış kartoqrafik əsər olan sözügedən Atlas xalqın zəngin tarixini və dövlətin müstəqilliyini təsdiq edən ən qiymətli ilk mənbədir. 
Həmçinin, müstəqil Azərbaycan dövlətinin “Milli Atlas”ının nəşr olunması gələcək nəsillərimizdən ötrü, gələcək yüzilliklər, minilliklər üçün elmin bütün sahələrini əhatə edən çox qiymətli ilk mənbənin həyata vəsiqə alması deməkdir.

 

Mənbə: ANS PRESS

23 may 2015
GO BACK