Xəzərdə ilk dəfə olaraq Azərbaycan və Rusiya hərbi gəmilərinin birgə təlimi keçiriləcək.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya cənub hərbi dairəsinin mətbuat xidməti bildirib. Xəbərdə deyilir ki, təlimdə ona yaxın gəmi iştirak edəcək.
Məlumata görə, hərbi təlimlər 2015-ci ilin sentyabr ayında Xəzər dənizinin mərkəzi hissəsində keçiriləcək. Əsas məqsəd Xəzər dənizində iqtisadi fəaliyyə obyektlərinin müdafiəsi olacaq.
Təlimlərin gedişində dəniz və hava hədəflərinə birgə artilleriya atəşi açılıb.
Mənbə: ANS PRESS