Qadin.NET / İrəvanın böyük məğlubiyyəti

İrəvanın böyük məğlubiyyəti

 

 

Krımın ilhaqının əleyhinə yönəlmiş sənədə qol çəkməyən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən digər sənədə qol çəkməli olacaq. 
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın tanınmış nəşri “Lragir” Serj Sarkisyanın Riqa səfərini şərh edərkən bildirib. 
Avropa Birliyinin Şərq tərəfdaşlığının Riqa sammitində iştirak edən Ermənistan prezidenti Serc Sarkisyanı Krımın Rusiya tərəfindən ilhaq edilməsinin əleyhinə yönəldilmiş qətnaməyə qol çəkməyib. Erməni mətbuatı bunu İrəvan hakimiyyətinin səriştəsizliyi kimi dəyərləndirib.
“Böyük hesabla, Ermənistanın xarici siyasəti yoxdur. Onun bütün fəaliyyəti Rusiyanın maraqlarına xidmətə yönəlib. Rusiya isə təcriddə və marginal vəziyyətində qaldığına görə, Ermənistanın xarici siyasət addımları tragikomediya kimi görünür”,- deyə “Lragir” vurğulayır. 

 

Mənbə: ANS PRESS

22 may 2015
GO BACK