Qadin.NET / III dünya savaşı başlayır

III dünya savaşı başlayır

 

 

Tanınmış sərmayəçi, milyarder Corc Soros Çin və Amerikanın arasında üçüncü dünya müharibəsinin başlayacağını bildirib. 
ANS PRESS-in məlumatına görə, amerikalı milyarder bu barədə fikrilərini «Market Watch»la bölüşüb. Onun fikrincə, Çin rəhbərliyi hakimiyyəti əlində saxlamaq üçün mütləq müharibəyə getməlidir. Bu, Çinin öz iqisadiyyatını ixracata yox, daxili tələbat üçün yönəltdikdən sonra baş verəcək.
Sorosun fikrincə, Çin ABŞ-ın müttəfiqi olan ölkələrdən birinə, məsələn Yapioniya ilə münaqişəyə gedə bilər. Onda üçüncü dünya müharibəsi başlaya bilər.
Milyarder bildirib ki, bunun qarışsını almaq üçün ABŞ Çinə güzəştə getməlidir və yuana Beynəlxalq Valyuta Fondunun valyuta səbəinin bir hissəsi olmağa icazə verməlidir. 

 

Mənbə: ANS PRESS

22 may 2015
GO BACK