Qadin.NET / Kompensasiyalar verildi

Kompensasiyalar verildi

 

 

Bu gün Bakı şəhər İcra Hakimiyyətinin binasında icra başçısı Hacıbala Abutalıbov Binəqədi rayonunda yanan binanın sakinlərini qəbul edib. ANS PRESS-in görüşdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, görüş İcra Hakimiyyəti binasında başlayıb. 
Görüş də H.Abutalıbov br daha ölənlərin yaxınlarına başsağlığı verib. Daha sonra onların xatirəsi bir dəqiqəlik sükutla anılıb. 
"Sizi bura yığmağımızda məqsəd müavinətin tez zamanda verilməsi ilə bağlıdır. Dövlət tərəfindən ayrılan vəsait bankdadır. Artıq bu gün sakinlər pulu ala biləcəklər. Artıq FHN bina haqqında ekspertiza rəyi verib. Binanın təmiri yüksək səviyyədə aparılacaq. Əlimizdən gələni edəcəyik ki, dərdinizin müəyyən qədərini üzərindən götürək".
O, deyib ki, həlak olanların hər birinə görə, 15 min, yaralılara isə 5 min manat verilir. Binanın bütün mənzillərində yaşayanlara isə 20 min manatlıq birdəfəlik müavinət ödəniləcək. 
Qəbulda vətəndaşların müraciətləri və problemləri dinləniləcək. Görüşdə yanğınla bağlı vətəndaşlara verilən kompensasiyaların haradan və necə götürülməsi barədə məlumat veriləcək.

 

Mənbə: ANS PRESS

22 may 2015
GO BACK