Qadin.NET / Yeni qəbirstanlıq qadağası

Yeni qəbirstanlıq qadağası

 

Azərbaycandakı qəbirstanlıqlarda meyvə ağacları əkmək və su quyularının qazılması qadağan edilib. 

ANS PRESS-in məlumatına görə, bunu "Xəbər Sizsiniz" verilişinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran bildirib. Onun sözlərinə görə, qəbirstanlıqda ölülərin çürüntüsü su hövzələrinə qarışa bilər. Bu isə içməli su və meyvələrdən istifadə edən sakinlər üçün problem yarada bilər. 
"Qəbirstanlıqlarda yalnız dekarativ, yaxşıllıq yaratmaq üçün ağaclar əkilə bilər. Bundan başqa yaxşı olardı ki, qəbirstanlıqlar yaşayış məntəqələrindən kənarda olmalıdır. Bu cür yerlər konkret olaraq müəyyənləşdiriləcək", - deyə Səyyad Aran bildirib.

 

Mənbə: ANS PRESS

22 may 2015
GO BACK