Qadin.NET / Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

 

 

Mayın 23-25-də Abşeron yarımadasında əsasən sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 21-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

 

Mənbə: ANS PRESS

22 may 2015
GO BACK