Qadin.NET / Gözəllik kraliçası küçədə, dilənçi kimi öldü

Gözəllik kraliçası küçədə, dilənçi kimi öldü

Gözəllik kraliçası küçədə, dilənçi kimi öldü
Bir zamanlar ölkəsinin ən gözəl qadını sayılan bu xanım həyatının son 15 ilini küçələrdə, səfil kimi keçirdi. O, elə dilənçi və səfil kimi də öldü.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1973-cü ildə "Miss Venezuela" gözəllik müsabiqəsində qalib gəlmiş 68 yaşlı Damaris Ruis paytaxt Karakasın parklarından birində, skamyada keçinib.Onun cəsədi hospitallardan birinə aparılıb, morqa yerləşdirilib. Fəqət Ruisin ailə üzvləri və ya qohumlarından kimsə cəsədin arxasınca gəlməyib.Polisdən verilən məlumata görə, Damaris Ruis həyatının son 15 ilini evsiz-eşiksiz, səfil kimi yaşayıb, günlərini küçələrdə keçirib.Gənc yaşlarında məşhur, populyar olmasına rəğmən, Ruis pullarından, varidatından yararlana bilməyib. O, məşhurluğu hesabına qazandığı pulları qısa müddətdə tam xərcləyib, sonra ev əşyalarını, qızıllarını satmağa başlayıb."Üstəlik, ailə üzvlərim məni istismar edirdilər. Onlar bütün pullarımı əlimdən aldılar, yoxsul günə saldılar. Məni ev dustağına çevirmişdilər. Dəfələrlə polisə şikayətlənsəm də, heç bir xeyri olmadı. Ona görə də evdən qaçdım, küçələrdə yaşamağa başladım", - Damaris Ruis demişdi.Beləcə, o, 2000-ci ildən küçələrdə yaşayırdı.Ruislə son iki ildə rəfiqə olan Rosalba Qomes deyir: "Onun həyatı böyük əzab, depressiya idi. Ailəsi, dostları, qohumları onu dəstəkləmədilər. Əksinə, bu qadını məhv etmək üçün əllərindən gələni etdilər. Damaris həm zahirən, həm də daxilən gözəldi".

Mənbə: Milli.Az

 

22 may 2015
GO BACK