Qadin.NET / Sakinlərə daha bir jest

Sakinlərə daha bir jest

Sakinlərə daha bir jest
"Azərsu" ASC-də Azadlıq prospektində yanan binanın sakinlərinə jest edib. Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğından zərər çəkmiş insanların harada yaşamalarından asılı olmayaraq istifadə etdikləri içməli su və göstərilən kanalizasiya xidmətlərinin dəyəri öz mənzillərinə qayıdanadək, həmçinin indiyə qədər olan borcları “Azərsu” ASC-nin hesabına ödəniləcək.
Qeyd edək ki, bunadək yanan binanın sakinlərinin telefon, internet və elektrik enerjisinə görə borcları da silinmişdi.

Mənbə: ANS PRESS

22 may 2015
GO BACK