Qadin.NET / Yanan bina sakinləri yeni ünvanda

Yanan bina sakinləri yeni ünvanda

Yanan bina sakinləri yeni ünvanda
Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli binada baş vermiş yanğın zamanı zərərçəkmiş 46 mənzil sakini yeni evlərdə yerləşdirilib.
Bunu ANS PRESS-ə açıqlamasında Binəqədi İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova söyləyib. 
O bildirib ki, onlardan 12 mənzil sakini pansionatlara məskunlaşdırılıb. 34 mənzil sakini isə öz istəyi ilə kirayəyə çıxıb.
Xatırladaq ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib. Hadisə nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Mənbə: ANS PRESS

22 may 2015
GO BACK