Qadin.NET / Əfsanəvi futbolçu klub sahibi oldu

Əfsanəvi futbolçu klub sahibi oldu

 

Əfsanəvi futbolçu klub sahibi oldu

"Milan"ın əfsanəvi futbolçusu Paolo Maldini klub sahibi olub.ANS PRESS-in məlumatına görə, veteran futbolçu və "MP&Silva" adlı şirkətin ən böyük səhmdarı Rikkardo Silva gələn mövsüm ABŞ çempionatının ikinci liqasında (NASL) mübarizə aparacaq "Myami" klubunu yaradıb.
NASL-ın internet saytının yaydığı məlumata görə, 25 illik karyerası ərzində yalnız "Milan"da oynamış, 5 dəfə Çempionlar Liqasını, 7 dəfə İtaliya çempionluğunu yaşayan Maldini Myami şəhərinin tək futbol klubu olacaq komandanın rəhbərliyində də yer alacaq.
46 yaşlı veteran futbolçu açıqlamasında öz işi ilə fəС…r etdiyini və həyacanlı olduğunu bildirib: "ABŞ-da futbolun inkişaf edəcəyinə inanıram. Bu gün dünyanın ən önəmli şəhərlərindən olan Myamidə futbol klubunu böyütmək üçün ideal şərait var".

 

Mənbə: ANS PRESS

22 may 2015
GO BACK