Qadin.NET / Yanan binanın sakinləri yanan sənədlərinı necə bərpa edəcək?

Yanan binanın sakinləri yanan sənədlərinı necə bərpa edəcək?

 

Yanan binanın sakinləri yanan sənədlərinı necə bərpa edəcək?

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığına əsasən, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin yanmış sənədlərinin bərpası məqsədilə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində müvafiq qərargah yaradılıb.
Yanğın baş verən binanın sakinləri məhv olmuş şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının alınması üçün həftənin bütün günləri saat 9:00-dan 19:00-dək nahar fasiləsi olmadan Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsindəki müvafiq qərargaha müraciət və aşağıdakı telefonlara adları çəkilən polis orqanlarına zəng edə bilərlər.
(012) 590-64-33 - Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin “qaynar xətti”;
(012) 563-56-97- Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi;
(012) 406-02-02- Binəqədi Rayon Polis İdarəsinin növbətçi hissəsi;
(012) 436-05-02- Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi.

 

Mənbə: ANS PRESS

22 may 2015
GO BACK