Qadin.NET / Elnur finala çıxdı

Elnur finala çıxdı

 

Elnur finala çıxdı

Bu gecə Avstriyada “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinal konserti keçirilib.
ANS PRESS-in məlumatına görə, ikinci yarımfinal mərhələsində 17 ölkənin təmsilçiləri çıxış edib. 
“Viener Şdathal” arenasında təmsilçilər bir-bir səhnə çıxışlarını uğurla ifa ediblər.
Çıxışlardan sonra 15 dəqiqə ərzində təmsilçilərə səslər göndərilib. Səsvermə nəticəsində 10 ölkə finala çıxmaq hüququ qazanıb. 
“Hour of the Wolf” mahnısı ilə 11-ci nömrə aıtında səhnəyə çıxan həmyerlimiz də finala çıxanlar arasında olub. O, İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer və Lina Hansonun bəstələdikləri “Hour of wolf” mahnısını ifa edib.
İkinci yarımfinalın ilk finalçıları bunlardır:
İsrail,
Latviya,
Azərbaycan,
Kipr,
Monteneqro,
Norveç,
İsveç,
Sloveniya,
Polşa, 
Litva.
Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır.
Birinci yarımfinalda Albaniya, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.
Qeyd edək ki, Eurovision”ın final günü mayın 23-də baş tutacaq.

 

Mənbə: ANS PRESS

22 may 2015
GO BACK