Qadin.NET / 1,1 milyon insan qarət olundu

1,1 milyon insan qarət olundu

 

1,1 milyon insan qarət olundu

 

Hakerlər ABŞ-ın "CareFirst" sığorta şirkətinin 1,1 milyon müştərisinin fərdi məlumatlarını oğurlayıb. Bu barədə şirkət rəsmiləri məlumat verib.Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin kompüter sisteminə qanunsuz müdaxilə ötən ilin iyununda həyata keçirilsə də, bu barədə yalnız indi məlum olub. Cinayətkarlar sığorta şirkətinin keçmiş və indiki müştərilərinin adları, doğum tarixi, elektron ünvanları haqqında informasiyanı oğurlaya biliblər. Bu məlumatlar hakerlərə gələcəkdə həmin insanların bank hesablarını asanlıqla ələ keçirməyə imkan verə bilər.CareFirst" xidmətlərindən istifadə edən vətəndaşların ümumi sayı 3,4 milyonu ötür. İnsidentlə bağlı Federal Təhqiqatlar Bürosu (FTB) məlumatlandırılıb."CareFirst" il ərzində kiberhücuma məruz qalan üçüncü sığorta şirkəti olub. Belə ki, fevralda hakerlərin bu sahədə fəaliyyət göstərən "Anthem" şirkətinin 80 milyon müştərisinin fərdi məlumatlarını ələ keçirməsi məlum olub. Bundan başqa, martda "Premera" sığorta şirkətinin 11 milyon müştərisinin məlumatları oğurlanıb.

 Hər üç insidentin təhqiqatını ABŞ-ın kompüter təhlükəsizliyində ixtisaslaşan "Mandiant" şirkəti aparır. Şirkətlərə hücumda təqsirli bilinənlərin axtarışına həmçinin FTB mütəxəssisləri kömək edir.   

Mənbə: Milli.Az

21 may 2015
GO BACK