Qadin.NET / Namaz: ucadan, yoxsa astadan?

Namaz: ucadan, yoxsa astadan?

 

Namaz: ucadan, yoxsa astadan?

 

Milli.Az islam.az-a istinadən bildirir ki, namazın niyyətini ümumiyyətlə, dillə söyləmək vacib deyil. Niyyət odur ki, insan hansı namazı qıldığını bilsin və bütün namaz boyunca bunun fərqində olsun. Yəni niyyət birdəfəlik əməl deyil, bütün namaz boyunca öz qüvvəsini saxlayan anlayışdır. İnsan namaza başladığı andan bitirdiyi ana kimi öz niyyətində qalmalı və niyyətini unutmamalıdır. Elə bir vəziyətdə olmalıdır ki, əgər namaz əsnasında kimsə ondan soruşsa ki, nə edir, dərhal buna cavab verə bilməlidir. Bununla belə, namaza başlayan zaman niyyəti dillə deməyin də maneəsi yoxdur, bunu istər ucadan, istərsə də astadan deyə bilər. Bir şərtlə ki, bütün namaz boyunca bu niyyətində qalsın.

 

Mənbə: Milli.Az

21 may 2015
GO BACK