Qadin.NET / Hamilə qadınlar parasetomol içəndə ehtiyatlı olmalıdır

Hamilə qadınlar parasetomol içəndə ehtiyatlı olmalıdır

 

Hamilə qadınlar parasetomol içəndə ehtiyatlı olmalıdır

 

Britaniya alimlərinə görə, oğlan doğmağa hazırlaşan qadın hamiləlik dövründə parasetamol dərmanı qəbul edirsə, bu onun gələcək oğlan övladının reproduktiv sağlamlığına mənfi təsir göstərə bilər.
Nəticədə, həmin ailənin kişi xəttilə nəsli kəsilə bilər.
Milli.Az BBC-yə istinadən bildirir ki, Edinburq universitetinin qrupu elmi tədqiqatı siçanlar üzərində aparıb.
Hamiləliyi imitasiya etmək üçün alimlər laborator siçanlara insan rüşeymi toxumaları köçürüb.
Bundan sonra həmin siçanlara 7 gün ərzində parasetamol dərmanı verilib.
Nəticədə "hamilə" siçanlarda testesteron (kişi) hormonunun aşağı səviyyəyə enməsi qeydə alınıb.
Testesteron kişi reproduktiv orqanlarının inkişafında həlledici rol oynayan hormon sayılır.
Britaniya Dövlət Səhiyyə Xidməti hamilə qadınlara parasetamoldan yalnız ciddi ehtiyac yarananda və mümkün qədər az istifadə etməyi məsləhət görüb.

Mənbə: Milli.Az

21 may 2015
GO BACK