"International Data Corporation" ("IDC") analitik şirkəti "əşyaların interneti" ("Internet of Things", "IoT") bazarının inkişafı üzrə proqnoz tərtib edib. Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislərin proqnozuna görə, 2015-ci ildə "əşyaların interneti" bazarının həcmi 19 faiz yüksələcək."IoT" ekosistemi şəbəkə avadanlığı, intellektual sistemlər, rabitə xidmətləri, məlumatların inteqrasiyası texnologiyaları və müxtəlif proqram təminatından ibarətdir.Analitiklərin qiymətləndirməsinə əsasən, 2013-cü ildə "IoT" sektorun həcmi 1,3 trilyon dollar təşkil edib. Yaxın illərdə bu göstərici ildə orta hesabla 13 faiz yüksələrək 2020-ci ildə 3,04 trilyon dollara çatacaq. 2020-ci ilədək sözügedən bazarda qurğuların ümumi sayı 30 milyard təşkil edəcək.
Mənbə: Milli.Az