Qadin.NET / Kiyev Bakıdakı yanğın qurbanlarını unutmadı

Kiyev Bakıdakı yanğın qurbanlarını unutmadı

 

 

Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın nəticəsində dünyansını dəyişənlərin xatirəsi Ukrayna paytaxtı Kiyevdə də anılıb.
ANS PRESS-in məlumatına görə, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının üzvləri və Ukrayna Azərbaycanlı Qadınlar Birliyinin üzvləri Azərbaycanın Ukraynadakı səfirliyi önünə gələrək, yanğında dünyansını dəyişmiş insanların xatirəsinə şam yandırıblar, hadisə barədə kiçik məlumat yazıları asıblar. Uşaqlar öz həlak olmuş həmyaşıdlarının xatirəsinə səfirliyin qarşısına oyuncaqlar düzüblər. Bundan sonra bütün gecə boyu Kievdə yaşayan azərbaycanlılar və ukraynalılar səfirliyin önünə gələrək gül dəstələri düzüb, şamlar yandırıblar. 
Xatırladaq ki, mayın 19-da Bakıda yanğına həssas üzlüklü 16 mərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

 

Mənbə: ANS PRESS

22 may 2015
GO BACK