Qadin.NET / Ermənilər silahı yerə qoyur

Ermənilər silahı yerə qoyur

 

 

Ermənistan silahlı qüvvələri Bakıda keçiriləcək Avropa Oyunları günlərində Dağlıq Qarabağ münaqişəsi zonasında gərginləyə səbəb olmayacaq. 
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan bildirib. Bəzi erməni KİV-ləri Ermənistan ordusunun bu “sülhməramlı” addımının böyük humanizmlə bağlamağa çalışırlar. Onların yazdığına görə, Bakıda Avropanın hər yerindən minlərlə idmançı gələcək, hətta Ermənistan da oyunlarda təmsil olunacaq.
Göründüyü kimi, Ermənistan ordusu bir müddət təxribatlarını dayandıracaq və bu, heç də Tonoyanın iddia etdiyi kimi Avropa Oyunları ilə bağlı deyil. Əslində, erməni KİV-ləri özləri də bilmədən başqa bir xəbərlə ordularının təxribatdan əl çəkməsinin səbəbini açıblar. 
Bir sıra erməni şərhçilərin fikrincə, Azərbaycanın indiki silahlanma səviyyəsində 1994-cü ildə yaranmış təhlükəsizlik zolağı Ermənistan üçün yetərli deyil. Yəni Ermənistan təxribatları davam edərsə, Azərbaycan ordusu hərəkətə keçərək əraziləri işğaldan azad edə bilər. Görünür, məhz bu rəylər Ermənistan silahlı qüvvələrinin rəhbərliyini qorxuya salır və onlar təxribatları dayandırmağa qərar veriblər. 

 

Mənbə: ANS PRESS

22 may 2015
GO BACK