Qadin.NET / Türkiyə dərdimizə şərik oldu

Türkiyə dərdimizə şərik oldu

 

 

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğandan Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
ANS PRESS-in məlumatına görə, Türkiyə prezidentinin ünvanladığı məktubda deyilir:
"Bakıdakı yaşayış binasında baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan yanğın hadisəsi haqqında xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu faciəli hadisədə dünyasını dəyişən qardaş və bacılarımıza millətim adından və şəxsəm öz adımdan Allahdan rəhmət diləyir, onların ailələrinə, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirəm.
Ehtiyac yaranarsa, Türkiyənin bu məsələdə Azərbaycana hər cür dəstək verməyə hazır olduğuna heç bir şübhəniz qalmasın.
Sizə ən səmimi salamlarımı çatdırıram", - deyə məktubda bildirilir.

 

Mənbə: ANS PRESS


22 may 2015
GO BACK