Qadin.NET / Vladimir Putin Bakı qərarını verdi

Vladimir Putin Bakı qərarını verdi

 

Rusiya prezidenti Vladimir Putin iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.
ANS PRESS xəbər verir ki. bu barədə APA-nın Moskva müxbirinə Rusiya prezidentinin mətbuat xidmətindən məlumat verilib. 
Bildirilib ki, bu ilin iyun ayında prezident Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılır: “Vladimir Putin I Avropa Oyunlarının açılış mərasimində iştirakı edəcək”.
Kremlin mətbuat xidmətindən qeyd olunub ki, Rusiya prezidentinin Azərbaycana səfərinin təfərrüatları barədə ətraflı məlumat veriləcək.

 

Mənbə: ANS PRESS
22 may 2015
GO BACK