Qadin.NET / Sabiq prezidentlərdən başsağlığı

Sabiq prezidentlərdən başsağlığı

Sabiq prezidentlərdən başsağlığı
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə heyətinin üzvləri prezident İlham Əliyevə başsağlığı veriblər.
ANS PRESS-in məlumatına görə, başsağlığı məktubunda deyilir:"Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş və insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi barədə xəbər bizi son dərəcə sarsıdıb.
Sizin kədərinizi bölüşür və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri adından Sizə, həlak olanların ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.
Həmsədrlər:
Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqa (1999-2007)
İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin
İdarə heyətinin üzvləri:
Bolqarıstanın Prezidenti Petar Stoyanov (1997-2002)
Rumıniyanın Prezidenti Emil Konstantinesku (1996-2000)
Serbiyanın prezidenti Boris Tadiç (2004-2012)
Ukraynanın prezidenti Viktor Yuşşenko (2005-2010)"

Mənbə: ANS PRESS

21 may 2015
GO BACK