Qadin.NET / Bakı-Moskva təyyarəsi qəza enişi etdi

Bakı-Moskva təyyarəsi qəza enişi etdi

 

 

Bakıdan Moskvaya uaçan təyyarədə problem yaranıb. Belə ki, mayın 21-də yerli vaxtla saat 11.10-da Bakı-Moskva marşrutu üzrə reysi yerinə yetirən “Boing-757” təyyarəsi hidrosistemlərin birində təzyiqin düşməsi səbəbindən problem yaranıb. 
Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb. Enmə müvəffəqiyyətlə yerinə yetirilib, zərərçəkən olmayıb.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan nasazlıqla təyinat məntəqəsinədək uçuşu davam etdirmək mümkün idi. 
Lakin, nasazlığın təyyarə havaya qalxdıqdan dərhal sonra baş verdiyini nəzərə alaraq, kapitan baza hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportunda enmənin yerinə yetirilməyi qərara alıb. 
Nasazlığın səbəbi “Azərbaycan Hava Yolları” QSC-nin xüsusi komissiyası tərəfindən araşdırılır. Sərnişinlər bu gün yerli vaxtla saat 13.00-da ehtiyat təyyarə ilə Moskvaya yola salınıblar.

 

Mənbə: ANS PRESS

21 may 2015
GO BACK