Qadin.NET / Çin qüdrətini lap artırır

Çin qüdrətini lap artırır

Çin qüdrətini lap artırır
Çin iqtisadiyyatı bu ilin yekununa əsasən 7% böyüyəcək.ANS PRESS-in məlumatına görə, bunu ölkənin baş naziri Li Kesyan bildirib.
O, Braziliyaya səfəri zamanı deyib ki, biz bu ili qarşımıza qoyduğumuz hədəfə nail olmaq və 7% iqtisadi artım ilə başa vurmaq imkanına malikik: "Bizim bu hədəfə nail olmağa və iqtisadi artımın yüksək sürətini dəstəkləməyə imkanımız və əminliyimiz var."
Çinin baş nazirinin Braziliyaya səfəri zamanı ticarət, maliyyə və investisiya sahəsində əməkdaşlıq haqqında bir neçə sənəd imzalanıb.

Mənbə: ANS PRESS

21 may 2015
GO BACK