Ötən gündən etibarən binanın qarşinda xüsusi bir guşə yaradan sakinlər faciə nəticəsində ölənləri elə oradaca yad etməyə başlayıblar. Özləri ilə gətirdiyi şamları yandiran vətəndaşlar hadisə nəticəsində dünyasını dəyişənlərin ruhuna dualar oxuyublar.
Güllərə qərq olan əraziyə faicə zamanı ölən uşaqların şəkilləri qoyulub. Hətta bəzi insanlar körpələrə hörmət əlaməti olaraq özləri ilə oyuncaqlar da gətirib.
Özlərinə mənəvi borc sayıb bu addımı atanların asayişi isə rayon polis idarəsinin əməkdaşları tərəfindən qorunb. Gecə saatlarının olmasına baxmayaraq əraziyə insan axını böyük olub.
Hadisə yerinin kiçik bir hissəsini əhatə edən şamların saçdığı işıq isə zülmətə qərq olan binanı nurlandırıb.
Mənbə: ANS PRESS