Qadin.NET / İŞİD-ə qarşı müharibə başladı

İŞİD-ə qarşı müharibə başladı

 

İŞİD-ə qarşı müharibə başladı

ABŞ başçılığı ilə Beynəlxalq koalisiya qüvvələri İraqın İŞİD qruplaşması tərəfindən zəbt olyunmuş Ramadi şəhərinə aviazərbələr endirib.ANS PRESS-in məlumatına görə, bu barədə "Reuters" ABŞ dövlət deparatamentində olan məbəyə əsasən xəbər yayıb.
Aviazərbələrin nəticəsi haqqında bir məlumat yoxdu.
Qeyd edək ki, bu bazar günü İŞİD terror qruplaşması Anbar əyalətinin paytaxtı sayılan Ramadini ələ keçirib. Şəhər paytaxt Bağdaddan 100 kilometr aralıdadı və strateji əhəmiyyət daşıyır. İraq qüvvələri şəhərdən geri çəkildikdən sonra ABŞ silah və aviazərbələrlə dəstək verəcəyini və şəhəri geri alacaqlarını bəyan etmişdi.
Onu da qeyd edək ki, İraq ordusu yenidən hücum üçün şəhər ətrafına qüvvələr toplayır. 

 

Mənbə: ANS PRESS

21 may 2015
GO BACK