"Yuventus"un və Fransa milli komandasının keçmiş müdafiəçisi Lilian Türam "qoca sinyora"nın qapıçısı Canluici Buffon haqqında fikirlərini bildirib. Apasport.Az saytının İspaniyanın "El Mundo Deportivo" nəşrinə istinadən məlumatına görə, Buffonun əla formada olduğunu və Çempionlar Liqasında qalib olmağı çox istədiyini deyən Türam, Cicinin həm də əla dost olduğunu bildirib:
"Mənim hər iki komandada dostlarım var. Ancaq Buffon elə adamlardandı ki, onun üçün hətta ürəyimin yarısını da verə bilərəm. O, final oyununda 200 faizlik göstərici ilə çıxış edəcək. Əla formadadır və kuboku qazanmağı çox istəyir".
Karyerasının uzun bir bölümünü "Yuventus"a həsr etmiş müdafiəçi bir müddət "Barselona"da da çıxış edib.
Mənbə: Milli.Az