Qadin.NET / Əliyev: Əgər bir də belə olacaqsa...

Əliyev: Əgər bir də belə olacaqsa...

 

Əliyev: Əgər bir də belə olacaqsa...

"Qanunsuz tikinti işləri aparılır, sonra da bu tikililər qanunsuz sənədləşdirilir.
ANS PRESS-in Dövlət Televiziyasına istinadən verdiyi məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi rayonunda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının iclasında deyib.
Prezident bildirib ki, yüksək gərginlikli elektrik xətlərinin altında nə qədər binalar tikilib: "İnsanlar bəlkə də bunu başa düşmür. Bu onların özləri üçün nə qədər böyük təhlükədir. Bu qanunsuz binalar haradan meydana gəlib? Heç kim bilmir. Bu da qanunsuzluq, özbaşnalıqdır. Buna son qoyulmalıdır. Ona görə də gələcəkdə belə bədbəxt hadisələrin təkrarlanmaması üçün komissiya üzvləri mənə konkret təklif verir".
Dövlət başçısı bildirib ki, bir kiçik bina belə icazəsiz tikilə bilməz: "Əgər bundan sonra belə qanunsuz əməllər olacaqsa, bu özbaşınalığı edənlər nəinki işdən çıxardılacaq, cinayət məsuliyyətinə də cəlb ediləcəklər. Azərbaycan ictimaiyyəti də görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur. Cinayət törədibsə, məsuliyyət olmalıdır".

 

Mənbə: ANS PRESS

20 may 2015
GO BACK