Qadin.NET / Yanğın qurbanları üçün ayrılan pansionat

Yanğın qurbanları üçün ayrılan pansionat

 

Yanğın qurbanları üçün ayrılan pansionat

"Biz zərərçəkənlərin yerləşdirilməsi üçün onlara bir neçə variantda yardım təklif etmişik. Onlar da pul müavinətini seçiblər. Buna görə həmin zərərçəkənlərə min manat məbləğində pul ödənilib".
Bunu ANS PRESS-ə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bilgəhdəki pansionatdakı şəraitlə tanış olarkən deyib. Onun sözlərinə görə, sakinlər həmin pulları seçərək kirayə qalmağa üstünlük veriblər. "Lakin bizim sakinləri yerləşdirmək imkanımız da var və əgər bizə müraciət edərlərsə, zərərçəkən insanları pansionatlarda, qocalar evində yerləşdirə bilərik", - deyə nazir əlavə edib.
S.Müslümov həmçinin bildirib ki, prezident ilk iclasını keçirib və müvafiq tapşırıqlar verib. "Komissiyanın araşdırmasından sonra ödəniləcək kompensasiyaların məbləği müəyyən ediləcək və prezidentin bu günlərdə verəcəyi sərəncamdan sonra zərərçəkənlərə paylanılacaq". 
O qeyd edib ki, yanğından zərər çəkən sakinlərin yerləşdirilməsi üçün yerlər tam hazır vəziyyətə gətirilib. Ümumilikdə 18 otaq, 2 kotec var. Burada həm də istirahət və yemək üçün otaqlar da var.

 

Mənbə: ANS PRESS

20 may 2015
GO BACK