Bakıda 16 nəfərin ölümü ilə nətiСЃələnmiş yanğından sonra bəzi erməni KİV-ləri sevinСЃlərini gizlətməyib.
ANS PRESS-in məlumatına görə, bəzi erməni saytları hadisə ilə bağlı ortaya versiya atmaqla həm də AzərbayСЃanda yeni etnik qarşıdurmalar yaratmaq istəyiblər.
Məsələn, Ermənistanın “Armenianreport” portalı dərhal “Spasibo Vam bratya “Sadval”” başlıqlı yazıda sevinСЃini gizlətməyib. Məqalədə iddia edilib ki, Bakıda baş vermiş hadisə “Sadval” qruplaşması tərəfindən həyata keçirilmiş terror əməliyyatdır. “Bizim edəСЃəyimiz işi siz gördünüz”,- deyə məqalədə vurğulanıb.
Düzdür, sonradan “Armenianreport” portalına bunun əxlaqsızlıq olduğunu başa saldılar və material portalın səhifəsindən götürüldü. Amma erməni qruplaşmaları sosial şəbəkələrdə məsələ ilə bağlı sevinСЃlərini gizlətməyiblər. Məsələn, “Armenian Military Portal” adlı qruplaşma eyni versiya ilə müxtəlif portallarda material yerləşdirərək hadisənin “Sadval” qruplaşması tərəfindən həyata keçirildiyini iddia ediblər: “Bu gün Bakıdakı hadisə bizim qardaşlarmız - "Sadval" hərəkatının fəalları tərəfindən həyata keçirilib. Bizimlə bir yerdə olduğunuza görə sağ olun, qardaşlar! Biz bunu unutmayaСЃağıq! Vaxt gələr və sizə yardım edərik!”
Ermənilərin bu iddiası ləzgilər tərəfindən СЃiddi etirazla qarşılaşıb. “V kontakte” sosial şəbəkəsinin Renat Şaqoyev adlı ləzgi iştirakçısı ermənilərə istənilən ölkədə baş verə biləСЃək bir qəzadən istifadə edib ləzgilər barədə dezinformasiya postları yazmamağı tələb edib. O, AzərbayСЃanda ləzgilərə və ləzgi dilinə böyük hörmətin olduğunu bildirib: “AzərbayСЃanlılar normal və ləyaqətli insanlardır, onlarda nasizm yoxdur… Söhbət bitib! Ləzgilər barədə yazını götürün. Siz ermənilər həmişə insanları kürəkdən vurursunuz və xalqların arasını vurmağa çalışırsınız!”.
Renat Şaqoyev bu məsələdə çox haqlıdır. 1988-СЃi il dekabrın 7-də Spitakda zəlzələ olan ermənilərin Qarabağ iddialarına baxmayaraq AzərbayСЃan Gümrüyə yardım təyyarəsi göndərdi. 1988-СЃi ill dekabrın 11-də AzərbayСЃandan yola düşən “İl-76” təyyarəsi dispetçer tərəfindən yanlış yönləndirilib və dağa dəyib. Hadisə nətiСЃəsində 9 uçuş heyəti üzvü və 63 nəfər xilasediСЃi həlak oldu. XilasediСЃilər AzərbayСЃanın müxtəlif rayonlarından çağırılmış ehtiyatda olan hərbçilər idi. Yalnız bir xilasediСЃi sağ qalmışdı və ömürlük əlil oldu.
Azərbaycan xalqının göstərdiyi mərhəmətə ermənilər bu cür xəyanətlə cavab veriblər.
Mənbə: ANS PRESS